Banner

Tenderlər

Dövlət qurumu musiqiçi axtarır - KOTİROVKA SORĞUSU

Dövlət qurumu musiqiçi axtarır - KOTİROVKA SORĞUSU | FED.az
10:19 26 Dek 2019

Dövlət Turizm Agentliyinin “Şahdağ Turizm Mərkəzi” QSC daxili vəsait hesabına hotel restoranları üçün musiqi proqramının satın alınması məqsədilə kotirovka sorğusu elan edir.

Eləcə də bax: Şahdağda yıxılanları - DÖVLƏT SIĞORTALAYACAQ

FED.az xəbər verir ki, kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər imzalanıb möhürlənmiş kotirovka təkliflərini 27 dekabr 2019-cu il saat 12.00-dan gec olmamaq şərtilə yuxarıdakı ünvana təqdim etməlidirlər. Göstərilən müddətdən gec təqdim olunan kotirovka təklifləri baxılmadan geri qaytarılacaqdır.

Kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər Bakı şəhəri, Neftçilər prospekti 153 nömrəli ünvana müraciət edə bilərlər.

Kotirovka təklifləri 27 dekabr 2019-cu il saat 16.00-da Bakı şəhəri, Neftçilər prospekti 153 nömrəli ünvanda (Port Baku Towers) açılacaqdır. İddiaçılar və onların səlahiyyətli nümayəndələri zərflərin açılışı prosedurunda iştirak edə bilərlər.

Əlaqələndirici şəxs Kəmalə Süleymanova, telefon- (012) 310 11 10 daxili nömrə 7700.

Digər xəbərlər

Banner