Dövlət Turizm Agentliyinin “Şahdağ Turizm Mərkəzi” QSC mətbəx avadanlıqlarının satın alınması məqsədilə kotirovka sorğusu elan edir.
FED.az xəbər verir ki, kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər Bakı şəhəri, Neftçilər prospekti 153 nömrəli ünvana müraciət edə bilərlər.
Eləcə də bax: Dövlət şirkəti hamam aksesuarları alır - KOTİROVKA SORĞUSU
Əlaqələndirici şəxs Kəmalə Süleymanova, telefon- (012)-310-11-10/(7700)
Kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər imzalanıb möhürlənmiş kotirovka təkliflərini 9 dekabr 2019-cu il saat 17.00-dan gec olmamaq şərtilə yuxarıdakı ünvana təqdim etməlidirlər. Göstərilən müddətdən gec təqdim olunan kotirovka təklifləri baxılmadan geri qaytarılacaqdır.
Kotirovka təklifləri 10 dekabr 2019-cu il saat 11.00-da Bakı şəhəri, Neftçilər prospekti 153 nömrəli ünvanda (Port Baku Towers) açılacaqdır. İddiaçılar və onların səlahiyyətli nümayəndələri zərflərin açılışı prosedurunda iştirak edə bilərlər.