“Şahdağ Turizm Mərkəzi” QSC təkliflər sorğusu elan edir.
Eləcə də bax: Dövlət agentliyi saytını yeniləyəcək - ELAN
FED.az xəbər verir ki, QSC dövlət büdcəsi hesabına nəqliyyat vasitələri üçün “Kasko” sığortasının satın alır.
Təkliflər sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər imzalanıb möhürlənmiş təkliflərini 3 avqust 2020-ci il saat 17.00-dan gec olmamaq şərtilə göstərilən ünvana təqdim etməlidirlər.
Əlaqələndirici şəxs- Vüsal Balayev, telefon- (+99477)2773251. Göstərilən müddətdən gec təqdim olunan qiymət təklifləri baxılmadan geri qaytarılacaqdır. Qiymət təklifləri 4 avqust 2020-ci il saat 11.00-da Bakı şəhəri, Neftçilər prospekti 153 (Port Baku Towers) nömrəli ünvanda açılacaqdır.
İddiaçılar və ya onların səlahiyyətli nümayəndələri zərflərin açılışı prosedurunda iştirak edə bilərlər. Mövcud vəziyyət qiymətləndirilərək xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq açılış proseduru online qaydada həyata keçirilə bilər.