Dövlət Məşğulluq Agentliyi "“İnsan Resursları Zirvəsi” Forumunun təşkili işlərinin satın alınması" üzrə tender elan edir.
FED.az xəbər verir ki, tenderdə iştirak haqqı 250 manatdır. Müsabiqə fevral ayının 27-də başlayır.Tələb olunan sənədlər martın 28-dək, təkliflər isə aprelin 5-dək təqdim edilməlidir. Zərflər aprelin 6-da açılacaq.
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) Elmir Murquzov - Satınalma mütəxəssisi
Email: [email protected] Əlaqə telefonu 0559001888
№ |
Başlıq |
Açıqlama |
Miqdar |
Ölçü vahidi |
1 |
Tədbir məkanının seçilməsi, Sifarişçi ilə razılaşdırılması |
Forumun baş tutacağı yer İcraçı tərəfindən Sifarişçiyə təqdim olunmalı, Sifarişçinin razılığı əsasında yer 2 tədbir günü üçün bron edilməlidir. Tədbir yeri İcraçının tədbir konsepsiyasına uyğun seçilməli, qapalı məkan olmalı, sərgi üçün əlavə imkan (yer) olmalı, rahat parklama xidmətinin göstərilməsi və tədbirdən 1 gün öncə hazırlıq üçün işçi otağının ayrılması nəzərə alınmalıdır. Seçilmiş yer 12 ədəd dairəvi masa və hər masa ətrafında 8 stul nəzərə alınmaqla, əlavə olaraq digər iştirakçıların isə teatral düzülüş formasında əyləşməsini təmin etməklə minimum 600 nəfərlik tutuma malik olmalıdır. Həmçinin 80 nəfərlik təşkilati komanda, sifarişçinin komandası və xüsusi qonaqlar üçün görüş otağı və ayrıca qidalanma zonası ayırmaq imkanı olmalıdır. (2 gün üçün icarə) |
2 |
gün |
2 |
Tədbirin kreativ konsept, ekran və çap vizuallarının hazırlanması |
Şifarişçi tərəfindən təmin ediləcək birfə uyğun olaraq tədbirinin çap (dəvətnamə, brandvol, rolap, agenda, banner və s.) və elektron (dəvətnamə, əsas ekran üçün vizuallar) istifadə üçün vizualların hazırlanması (qrafik dizayn, mouşn dizayn), forumun kreativ konsept və vizual adaptasiyaların edilməsi |
80 |
ədəd |
3 |
Tədbirin reklam videoçarxının hazırlanması |
Tədbirin reklam videoçarxının hazırlanması və kommunikasiya planına uyğun olaraq yayımlanması həyata keçirilməlidir. Videoçarxın ssenarisi İcraçı tərəfindən təqdim olunmalı və Sifarişçi ilə razılaşdırılmalıdır. Videoçarx bir uzun metrajlı (60 saniyə) və bir də qısa metrajlı (30 saniyə) olmaqla 3D qrafika formatında hazırlanmalıdır. Videoçarx fərqli ölçülərdə adaptasiya edilə bilər. |
2 |
ədəd |
4 |
Tədbirin açılış videoçarxının hazırlanması |
Forumun dinamik və kreativ açılış videosu hazırlanmalıdır. Bu video Forumun açılışı zamanı ekranlarda nümayiş etdiriləcəkdir. Videonun ssenarisi İcraçı tərəfindən təqdim olunmalı və Sifarişçi ilə razılaşdırılmalıdır. Açılış videosunun minimum 1 dəqiqə olması nəzərdə tutulur. |
1 |
ədəd |
5 |
Tədbirin intro videoçarxının hazırlanması |
Forumun sessiyaları arası intro videolar nümayiş etdiriləcəkdir. İntro videolar başlayacaq növbəti sessiya barədə vizual məlumatlar verməlidir. 8 intro video hazırlanacaqdır. Videoların uzunluğunun minimum 30 saniyə olması planlaşdırılır. |
8 |
ədəd |
6 |
Tədbirin qısa videoçarxlarının hazırlanması |
Tədbirdən xüsusi hissələrin qısa videolar şəklində hazırlanması, YouTube və veb-saytda yerləşdirilməsi. Videoların uzunluğu minimum 20 saniyə olmalıdır |
10 |
ədəd |
7 |
Forumun spikerlərinin təqdimat videolarının hazırlanması |
Forum spikerləri üçün çağırış videolarının hazırlanması və brendinqə uyğun montaj edilməsi |
10 |
ədəd |
8 |
Led ekranın qurulması (əsas zal) |
Forumun keçiriləcəyi məkana uyğun olaraq əsas zalda minimum 2 ədəd 3000x6000 ölçüdə (minimum P3.6mm) Led ekranın quraşdırılması (2 gün üçün icarə) |
2 |
gün |
9 |
Səhnənin tərtibatı və digər işlər |
Əsas zalda Led ekranın qarşısında 4000x6000 mm ölçüdə podium qurulması (kavralin ilə örtülmüş) və rəsmilərin çıxışı üçün tribunanın qurulması, səhnə altı brendinq 9.60 mx, 0,60 m |
2 |
gün |
10 |
Səhnənin tərtibatı və digər işlər |
Panel spikerlərinin masalarında adlarının dizaynla masa önünə vurulması (vinil) |
24 |
ədəd |
11 |
Səhnənin tərtibatı və digər işlər |
Səhnənin və podiumun forumun korporativ brendbukuna uyğun vinillə bəzədilməsi |
2 |
gün |
12 |
Səhnənin tərtibatı və digər işlər |
Forum adı olan (İRZBAKU2022) iri qabarit işıqlı loqoların hazırlanması (1 m x 5m orqanik şüşə) |
1 |
ədəd |
13 |
Səhnənin tərtibatı və digər işlər |
Səhnədə baş tuta biləcək panel müzakirələr üçün 5 ədəd xüsusi kresloların və kiçik masanın (davos tərzi) təmin edilməsi |
2 |
gün |
14 |
Səs sisteminin qurulması və idarə edilməsi |
Əsas zalda 600 nəfəri əhatə edəcək keyfiyyətli səs sisteminin qurulması (səs mütəxəsisi minimum 2 nəfər) və səs texnikləri (minimum 4 nəfər) tərəfindən idarə edilməsi |
2 |
gün |
15 |
Səs sisteminin qurulması və idarə edilməsi |
Əsas zalda dairəvi masalar üçün ümumilikdə minimum 5 ədəd əl mikrofonunun, 5 ədəd "headset" mikrofonun və 5 ədəd stolüstü mikrofonun təmin edilməsi + ehtiyat olaraq hər modeldən 1 ədəd ayrılması |
2 |
gün |
16 |
İşıq sisteminin qurulması və idarə edilməsi |
Tədbir məkanının tədbirin brendinqinə uyğun işıqlandırılması üçün müvafiq işıq sisteminin qurulması, işıq mütəxəsisi (minimum 1 nəfər) və işıq texnikləri (minimum 2 nəfər) tərəfindən idarə edilməsi |
2 |
gün |
17 |
İşıq sisteminin qurulması və idarə edilməsi |
10 ədəd Beam robot, 10 ədəd Wash robot, 10 ədəd Spot robot, 30 ədəd Led par işıq avadanlıqlarının təmin edilməsi (2 gün üçün icarə) |
2 |
gün |
18 |
Tədbirin canlı video çəkilişi və canlı yayımlanması |
Tədbirin keçiriləcəyi məkana uyğun olaraq minimum 3 statik 2 dinamik kamera ilə tədbirin sinxron video çəkilişi aparılmalı və canlı yayım təşkil edilməlidir. Eyni zamanda zalda əlavə olaraq 1 dron və segwaylə çəkiliş forumdan keyfiyyətli qısa özətlərin hazırlanması üçün istifadə edilməlidir. Sinxron çəkilən video tədbir bitdikdən sonra 5 iş günü ərzində montaj edilərək Sifarişçiyə təqdim olunmalıdır. Həmçinin, İcraçı tədbirin əsas hissələrini əhatə edən 3 dəqiqəlik hesabat videosu və həmin videonun 1 dəqiqəyə qısaldılmış versiyasını təqdim etməlidir. İcraçı canlı yayım üçün xüsusi cihaz və proqramdan istifadə edərək tədbirin DMA-nın youtube kanalında fasiləsiz canlı yayımı təşkil etməli və bunun üçün minimum 2 nəfər ayırmalıdır. (1 texniki mütəxəssis və 1 nəfər prosesi idarə edən) |
2 |
ədəd |
19 |
Tədbirin foto çəkilişi |
Forumun foto çəkilişi – 4 fotoqraf tərəfindən tədbirin ümumi foto çəkilişi (1 nəfər), iştirakçıların foto çəkilişi (2 nəfər), spiker və xüsusi qonaqların çəkilişi (1 nəfər) şəkillərin işlənilməsi və tədbir bitdikdən sonra 3 iş günü ərzində Sifarişçiyə təqdim olunmalıdır. Tədbirin rəsmi hissəsi bitdikdən sonra və tədbir müddətində real-time press-relizlər üçün 20 ədəd unikal fotoşəkil tədbir yerində (forumun bitməsindən sonra 2 saat ərzində) işlənilərək Sifarişçinin nümayəndəsinə təhvil verilməlidir. Ümumilikdə tədbirdən sonra 600 ədəd unikal fotoşəkil işlənilərək təhvil verilməlidir. |
2 |
gün |
20 |
Sinxron tərcümə xidmətləri |
Forum zamanı əsas zalda İngilis-Azərbaycan və əksinə dillər üzrə sinxron tərcümə aparılmalıdır. Tərcümə avadanlıqları 200 nəfər üçün nəzərə alınmaqla İcraçı tərəfindən təmin edilməlidir. Tərcüməni aparacaq tərcüməçilərin müvafiq sahə üzrə minimum 5 il təcrübəsi olmalıdır. Sinxron tərcümə üçün 2 nəfər peşəkar tərcüməçi və 2 ədəd tərcümə kabininin mövcudluğu nəzərə alınmalıdır |
2 |
gün |
21 |
Qidalanma xidmətləri |
Tədbir zamanı spikerlər, təşkilati komanda (DMA-nın təşkilatı komandası, VİP qonaqlar və spikerlər) üçün gün ərzində 1 dəfə yemək (nahar) fasiləsi nəzərdə tutulmuşdur. İcraçı toplam 80 nəfərin nahar fasiləsini təşkil etməlidir. |
2 |
gün |
22 |
Qidalanma xidmətləri |
Tədbir zamanı tədbir iştirakçılarının açılışdan öncə 1 dəfə, nahar sonrası 2 panel arasında 1 dəfə olmaqla şəbəkələşmə məqsədilə çay/kofe fasiləsinə ayrılması nəzərdə tutulmuşdur. İcraçı 2 gün ərzində toplam 1200 nəfər iştirakçının çay/kofe təşkil etməlidir. |
2 |
gün |
23 |
Tədbirin proqramının qurulması |
Sifarişçi ilə birgə təqdim olunan ilkin proqramın təkmilləşdirilməsi və Sifarişçi ilə razılaşdırılması |
1 |
ədəd |
24 |
Aparıcının dəvət olunması |
Seçilmiş aparıcının tədbirə (2 gün müddətində) dəvət olunması, onun gəlmə, çıxışının başlaması, bitməsi və geri yola salınmasının idarə edilməsi, aparıcının nitqinin ssenarisinin hazırlanması və tədbirdən ən azı 3 gün öncədən məşq edilməsi nəzərə alınmalıdır. Aparıcı nitqi sifarişçi ilə razılaşdırılmalıdır. |
1 |
ədəd |
25 |
Konfrans müddətində tələb olunan təchizat |
Təşkilati komanda üzvləri üçün forumun rəsmi brendinqinə uyğun köynək və yaxa nişanının hazırlanması |
30 |
ədəd |
26 |
Çap və promo materialların hazırlanması |
Forum üçün 3000x6000 ölçüdə brendvolun çap edilməsi |
2 |
ədəd |
27 |
Çap və promo materialların hazırlanması |
Forumda səhnə arxası brendvolun çap edilməsi (3000x9600) |
1 |
ədəd |
28 |
Çap və promo materialların hazırlanması |
Forum iştirakçıları üçün forumun brendinqinə uyğun kağız çantanın çapı |
1200 |
ədəd |
29 |
Çap və promo materialların hazırlanması |
Forum iştirakçıları üçün forumun brendinqinə uyğun plastik qələmlərin çapı |
1200 |
ədəd |
30 |
Çap və promo materialların hazırlanması |
Forum iştirakçıları üçün forumun brendinqinə uyğun blaknotların çapı |
1200 |
ədəd |
31 |
Çap və promo materialların hazırlanması |
Forum iştirakçıları üçün forumun agendasının çapı |
1200 |
ədəd |
32 |
Çap və promo materialların hazırlanması |
Forum iştirakçıları üçün badgeların çap edilməsi |
1200 |
ədəd |
33 |
Çap və promo materialların hazırlanması |
Formun spikerləri və təşkilatçıları üçün forumun brendinqinə uyğun xüsusi badgeların çap edilməsi |
80 |
ədəd |
34 |
Tədbirin kommunikasiya planının qurulması və marketinq fəaliyyətlərinin icra edilməsi |
Forumun minimum 2 ayı əhatə edəcək (1 ay foruma qədər və 1 ay da forumdan sonra olmaqla) kommunikasiya planı qurulmalıdır və marketinq fəaliyyətlərinin idarəedilməsi bu müddət ərzində icra edilməlidir |
1 |
ədəd |
35 |
Sosial media marketinq xidmətləri |
Agentliyin sosial media hesabları üzərindən Forumun tədbirdən əvvəl 1 ay, tədbirdən sonra 1 ay müddətində tədbirin PR edilməsi, sosial media reklamlarının yerləşdirilməsi və müvafiq hesabatın təqdim edilməsi |
1 |
ədəd |
36 |
Tədbirin veb-saytının hazırlanması |
Forumun dinamik veb-saytının hazırlanması, onlayn qeydiyyat sisteminin qurulması |
1 |
ədəd |
Satınalan təşkilatın VÖEN-i: 1300144711
Satınalan təşkilatın ünvanı: AZ 1009, Bakı şəhəri, Salatın Əsgərova küçəsi, 85
Çatdırılma yeri: Bakı şəhəri
Çatdırılma müddəti: 3 ay