Tenderlər

DİN-in Hospitalı xüsusi geyim alır – TENDER

DİN-in Hospitalı xüsusi geyim alır – TENDER | FED.az
13:04 19 İyul 2018
 
FED.az xəbər verir ki , DİN-in Tibb İdarəsinə bilavasitə tabe olan A.Heydərov adına Respublika Hospitalı AÇIQ TENDER ELAN EDİR.
Tender 1 lot üzrə keçirilir.
Lot-1. Yumşaq inventarın və xüsusi geyimlərin satınalınması.
Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lot üçün 50 manat məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti 36 nömrəli ünvandan (Mehman Dadaşovdan (012) 5625588) DİN-in Tibb İdarəsinə bilavasitə tabe olan A.Heydərov adına Respublika Hospitalının nümayəndəliyindən ala bilərlər.
Adı: DİN-in Respublika Hospitalı
VÖEN: 1500395041
ADI: Dövlət Xəzinədarlıq Agentliyi
KOD: 210005
VÖEN: 1401555071
M/h: AZ41NABZ01360100000000003944
S.W.İ.F.T. BIK. CTREAZ22
İBAN: AZ95CTRE00000000000002077703
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 2 faizi həcmində bank təminatı;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- iddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
- digər sənədlər.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).
Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 13 avqust 2018-ci il saat 15.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 4 sentyabr 2018-ci il saat 15.00-a qədər Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti 36 nömrəli ünvana təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklif zərfləri 5 sentyabr 2018-ci il saat 14.00-da Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti 36 nömrəli ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər

Digər xəbərlər