“Azərimed” Məhdud Məsuliyyətli Cəmiyyəti nazirliyin keçirdiyi dərman, sarğı ləvazimatlarının və materiallarının satın alınması ilə bağlı tenderi qazanıb.
FED.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tenderi qazanan “Azərimed” MMC ilə 499 min 864 manat məbləğində müqavilə bağlanıb.