Azərbaycan Beynəlxalq Bankı (ABB) “CISCO” rabitə avadanlığı və lisenziyaların tədarükçüsünü seçir. Bu barədə bankın elanında deyilir.
Seçim açıq tender metodu ilə keçirilir.
Tenderdə iştirak haqqı 100 manatdır.
Tender təklifi dəyərinin 1%-i həcmində bank təminatı ilə müşayiət olunan təkliflər 2017-ci il noyabrın 29-dək qəbul olunur.
Tender proseduru noyabrın 30-da baş tutacaq.