“Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC söküntü işləri üçün tender elan edir.
Eləcə də bax: "MİDA" 33,4 milyon manatlıq tenderlərin - QALİBLƏRİNİ AÇIQLAYIB
FED.az xəbər verir ki, “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC Bakı şəhəri, Saraykin küçəsi 57 nömrəli ünvanda yerləşən 16 mənzilli və 10-cu park döngəsi 6 nömrəli ünvandakı qəzalı vəziyyətdə olan 9 mənzilli binaların söküntüsü işlərinin layihə-smeta sənədlərinin hazırlanmasının satın alır.
Kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər Bakı şəhəri, N.Rəfiyev küçəsi 17 nömrəli ünvana müraciət edə bilərlər (əlaqələndirici şəxs-Əhməd Məmmədov, telefon-0506121527).
İddiaçılar imzalanıb möhürlənmiş zərfdə kotirovka təklifini 22 may 2020-ci il saat 12.00-dan gec olmayaraq yuxarıda göstərilən ünvana təqdim etməlidirlər.
Göstərilən müddətdən gec təqdim olunan kotirovka təklifləri baxılmadan geri qaytarılacaqdır. Kotirovka təklifləri Bakı şəhəri, N.Rəfiyev küçəsi 17 nömrəli ünvanda 31 may 2020-ci il saat 11.00-da açılacaqdır.
İddiaçılar və onların səlahiyyətli nümayəndələri zərflərin açılışı prosedurunda iştirak edə bilərlər.