Bakı Şəhər İcra Hakimiyyətinin tərkibində olan “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC qəzalı vəziyyətdə olan binaların söküntüsü işlərinin satın alınması məqsədilə tender elan edib.
Eləcə də bax: Sumqayıtda binalar söküləcək - MÜQAVİLƏ BAĞLANDI
FED.az xəbər verir ki, elana əsasən, Bakı şəhəri, Saraykin küçəsi 57 nömrəli ünvanda 16 mənzilli və 10-cu park döngəsi, 6 nömrəli ünvandakı 9 mənzilli binalar söküləcək.
Tenderdə iştirak haqqı 100 (yüz ) manatdır.
Əlaqələndirici şəxs - Əhməd Məmmədov, 496-52-05