Bakı şəhərində böyük abadlıq və təmir işlərinə start verilib.
Eləcə də bax: İcra Hakimiyyəti abadlıq işləri üçün - KOTİROVKA SORĞUSU ELAN EDİR
FED.az xəbər verir ki «Bakı Şəhər Əsaslı Tikinti və Təmir» MMC paytaxtda abadlıq işləri ilə bağlı tenderlər elan edib.
Tender 3 lotdan ibarətdir:
Lot -1. Bakı şəhəri ərazisində səkilərdə, həyətlərdə, park və bağlarda təmir, yenidənqurma və abadlıq işlərinin satın alınması.
Lot -2. Məhəllədaxili yollarda və səkilərdə asfalt örtüyünün təmirinin satın alınması.
Lot-3. Bakı şəhərinin dövlət mənzil fonduna aid binaların təmirinin satın alınması.
Tender iştirakçılarına təklif edilir ki, dövlət satınalmalarının https://www.etender.gov.az/ vahid internet portalına (portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini portal vasitəsilə təqdim edə bilərlər.
İddiaçılar tenderdə iştirak üçün ixtisas göstəricilərinə aid sənədləri 25 fevral 2020- ci il saat 11.00-a və tender təklifi ilə bank təminatı sənədlərini isə 5 mart 2020-ci il saat 18.00-a qədər portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri 6 mart 2020-ci il saat 11.00-da açılacaqdır. İddiaçılar açılışın nəticələrilə portal vasitəsilə tanış ola bilərlər. Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır.