Banner

Tenderlər

Bakı İcra Hakimiyyəti tikinti işləri üçün - TENDER ELAN EDİR

Bakı İcra Hakimiyyəti tikinti işləri üçün - TENDER ELAN EDİR | FED.az
10:31 14 İyul 2020

Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində təsərrüfathesablı “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC tikintisi işlərinin satın alınması məqsədilə tender elan edir.

Eləcə də bax: Yeni məktəblər tikiləcək - ELANLAR

FED.az xəbər verir ki, qurum Sabunçu rayonunun Zabrat qəsəbəsindəki 71 saylı tam orta məktəb üçün əlavə 30 sinif otağının tikintisi işlərinin satın alır.

Əlaqələndirici şəxs - Əhməd Məmmədov: 496-52-05

İddiaçılar tenderdə iştirak üçün ixtisas göstəricilərinə aid sənədləri 5 avqust 2020-ci il saat 11.00-a, tender təklifi ilə bank zəmanəti sənədlərini isə 13 avqust 2020-ci il saat 18.00-a qədər portal vasitəsilə təqdim etməlidirlər.

İddiaçıların təklifləri 14 avqust 2020-ci il saat 11.00-da açılacaqdır. İddiaçılar açılışın nəticələrilə portal vasitəsilə tanış ola bilərlər.

QEYD- tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır. Tenderdə yalnız “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 50-1.1-ci maddəsində göstərilən meyarlara uyğun gələn iddiaçılar iştirak edə bilərlər.

Digər xəbərlər

Banner