“AzerGold” QSC əhəngin satın alınması ilə bağlı açıq tender elan edir.
FED.az xəbər verir ki, satınalma prosedurunda iştirak etmək istəyən təchizatçılar [email protected] elektron poçt ünvanına və ya kağız daşıyıcıda yazılı şəkildə iştirak etmək niyyəti barədə müraciət ünvanlaya bilərlər.
Elan əsasında iştirak etmək istəyən təchizatçılar əsas şərtlər toplusunu əldə etmək üçün aşağıda qeyd olunmuş sənədləri 15 noyabr 2023-cü il saat 15:00-a qədər Tender Komissiyasına təqdim edilməlidir:
- Tenderdə iştirak üçün müraciət ərizəsi;
- İştirak edəcək təchizatçının Nizamnaməsi və ya Əsasnaməsi (rezident olduqda);
- Müvafiq sahədə peşəkarlığı, təcrübəsi, texniki və maliyyə imkanları barədə arayış:
- Tələb olunan işlər haqqında məlumat;
- İşlərin təhvil verilməsi şərtləri;
- Kommersiya qurumunun dövlət reyestrindən çıxarışı;
- Vergi ödəyicisinin eyniləşdirmə vərəqəsi (VÖEN) (rezident olduqda);
- Satın alınacaq mal/material, iş və ya xidmətin xüsusiyyətindən asılı olaraq satınalma şərtlərində göstərilən tələblərə uyğunluq.
İlkin kvalifikasiyadan keçmiş təchizatçılar tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədini təqdim etdikdən sonra əsas şərtlər toplusunu əldə edə bilərlər.
İştirak haqqı – 600 AZN
Benefisiar: “AzerGold” QSC
VÖEN: 1403467421
H/h: AZ71AIIB380100C9446440000210,
“Kapitalbank” ASC-nin Badamdar filialı,
bankın VÖEN-i: 9900003611,
KOD: 201207,
M/h: AZ37NABZ01350100000000001944,
SWİFT: AIIBAZ2XXXX.
Satın alınacaq Malların siyahısı:
№ |
Malın adı |
Xüsusiyyəti |
Ölçü vahidi |
Miqdarı |
1 |
Əhəng - Ca(OH)2 |
Söndürülmüş əhəng ( Ca(OH)2) hydrated lime, >70 % Püskürtmə vasitəsi ilə bünkerə boşaldılması üçün |
ton |
5445 |
- İcraçı tərəfindən malların Azərbaycan Respublikası Daşkəsən rayonu Çovdar Filiz Emalı Sahəsinə daşınması və çatdırılmasını təyin edilmiş bunkerə boşaldılmasını təmin edilməlidir.
- Mallar Müqavilə imzalandıqdan/avans nəzərdə tutulduğu təqdirdə avans ödənildikdən sonra 14 (on dörd) ay İərzində satınalan təşkilatın tələbi ilə hissə-hissə təhvil verilməlidir.
Təchizatçılar TMX 4-də göstərilən sənədləri, həmçinin tender təklifi və tender təklifinin təminatını möhürlənmiş, imzalanmış zərfdə 30 noyabr 2023-cü il saat 15:00-a qədər “AzerGold” QSC-nin Tender Komissiyasına Bakı şəhəri, Səbail rayonu, Mikayıl Müşfiq küç., 2H ünvanına təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
Tender üzrə təklif zərflərinin açılışı 01 dekabr 2023-cü il saat 15:00-da Bakı şəhəri, Səbail rayonu, Mikayıl Müşfiq 2H ünvanında keçiriləcəkdir. Təchizatçıların səlahiyyətli nümayəndələri açılışda iştirak edə bilərlər.