Azərbaycanda həyatın ölüm halından sığortası üzrə yığımlar artıb.
FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istiandən xəbər verir ki, cari ilin yanvar-avqust aylarında bu növ sığorta üzrə yığımlar 18 milyon 808,6 min manat təşkil edib.
Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 499,7 min manat və ya 8,7% çoxdur.
2022-ci ilin yanvar-avqust aylarında bu göstərici 17 milyon 308,8 min manat təşkil edib.