Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Bakı Protez-Ortopedik Bərpa Mərkəzinin avadanlıqlarla təchizatının satın alınması üzrə elan etdiyi tenderin qalibini elan edib: "Araş" firması.
FED.az xəbər verir ki, Nazirlik firma ilə müqavilə bağlayıb. Müqavilənin məbləği 1 milyon 997 min manatdır. Müqavilə Bakı Protez-Ortopedik Bərpa Mərkəzinin avadanlıqlarla təchizatının satın alınmasını nəzərdə tutur.
Eləcə də bax: İcra Hakimiyyəti avtomobil alır – TENDER ELANI
1994-cü ildən fəaliyyət göstərən və 100 manat nizamnamə kapitalı olan "Araş" firmasının qanuni nümayəndəsi Ehtiram Fərzəlibəyovdur.
Marja