Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti növbəti tenderin nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi "6-cı Mərtəbə" Müstəqil Şirkəti (VÖEN: 1300146961) olub.
Qalib şirkətlə 33 714 449 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, bağlanmış müqavilədə Ağdam rayonu, Sarıcalı kənd yaşayış məntəqəsində 2, 3 , 4 , 5 otaqlı fərdi yaşayış evlərinin tikintisi işlərinin satın alınması nəzərdə tutulur.