Ağdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa,Tikinti və İdarəetmə Xidməti layihələrin hazırlanması ilə bağlı 3 tenderə yekun vurub.
Ağdamda söküntü işləri ilə bağlı yarım milyonluq - TENDER ELANI
FED.az xəbər verir ki, dövlət qurumu tenderlərin qalibləri ilə toplamda 3 673 895 manat həcmində müqavilələr bağlayıb.
Xatırladaq ki, Ağdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa,Tikinti və İdarəetmə Xidməti bu barədə tenderləri dövlət satınalmaları portalından kənar elan edib.
Daha detallı aşağıdakı cədvəldə :
Satınalma predmeti |
Qalib şirkət |
Məbləğ |
Ağdam rayonu Tağıbəyli kəndi (Suma kəndi ilə birlikdə) yaşayış məntəqəsinin layihələndirilməsi |
“PBA” QSC |
1 441 099 AZN |
Ağdam rayonu Nəmirli kəndi (Şuraabad kəndi ilə birlikdə) yaşayış məntəqəsinin layihələndirilməsi |
“Az.Arxitektura” MMC |
1 170 796 AZN |
Ağdam rayonu Şotlanlı (Umudlu kəndi ilə birlikdə) kəndinin işçi layihələrinin hazırlanması |
“Tulpar İnşaat” MMC |
1 062 000 AZN |
Qalib şirkətlər haqqında daha detallı:
“PBA” QSC 2013-cü ildə yaradılıb, nizamnamə kapitalı 2 020 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Tusi Əliyev İbrahim oğludur. Hüquqi ünvanı AZ1142, Bakı Şəhəri Xətai Rayonu, Seyid Əzim Şirvani, ev 7, m. 138 ünvanında yerləşir.
“Az.Arxitektura” MMC 2019-cu ildə yaradılıb, nizamnamə kapitalı 5 010 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Nahid Fətalıyev Nazim oğludur. Hüquqi ünvanı AZ1116, Bakı şəhəri Binəqədi rayonu, mikrorayon 7, ev 29 A, 1260-cı keçid,1-ci giriş, 1-ci mərtəbə ünvanında yerləşir.
“Tulpar İnşaat” MMC 2022-ci ildə yaradılıb, nizamnamə kapitalı 10 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Ruslan Quliyev Aydın oğludur. Hüquqi ünvanı AZ1010, Bakı şəhəri Nəsimi rayonu, tramvay döngəsi, ev 4, time business mərkəzi ünvanında yerləşir.