Səhiyyənin Təminat Mərkəzi daha bir tenderə yekun vurub.
FED.az xəbər verir ki, tenderdə 2023-2027-ci illər üzrə uşaqlar arasında yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair «Hexa vaccine» (6 valentli) vaksinin satınalınması nəzərdə tutulur.
20 milyon 030 min 436,89 min manat dəyərindəki tenderin qalibi isə "Epidbiomed" MMC seçilib.