Azərbaycan ali təhsil müəssisələrinin tələbələri üçün Prezident təqaüdünün məbləği 2025-ci il sentyabrın 1-dən 350 manat müəyyən edilib.
FED.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı müvafiq Fərmanda yer alıb.
Eyni zamanda, Fərmana əsasən, Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul imtahanlarında ən yüksək nəticə göstərmiş 102 nəfər tələbə üçün hər biri 350 manat məbləğində Prezident təqaüdü təsis edilib.
Qeyd edək ki, indiyə qədər bu məbləğ 275 manat idi.