Elm və Təhsil Nazirliyinin yeni strukturu təsdiqlənib.
Dövlət hesabına xaricdə təhsil almaq üçün müraciəti təsdiqlənən şəxslərin - SAYI AÇIQLANIB
FED.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin strukturu"na edilən dəyişiklikdə əksini tapıb.
Elm və Təhsil Nazirliyinin yeni strukturu aşağıdakı kimi olacaq.
- Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Aparatı.
- Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi.
- Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi.
- Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi.
Qeyd edək ki, bundan əvvəl Elm və Təhsil Nazirliyinin strukturu aşağıdakı kimi olub:
Elm və Təhsil Nazirliyinin aparatı.
Elm və Təhsil Nazirliyinin strukturuna daxil olan qurumlar:
- Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi;
- Bakı Şəhəri üzrə Təhsil İdarəsi;
- regional təhsil idarələri.