Təhsil krediti alan tələbələrin əhatə dairəsi genişləndirilir.
Bu ildən peşə təhsili sahəsində adambaşı maliyyələşmə - TƏTBİQ EDİLƏCƏK
FED.az xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı mövcud qaydaya dəyişiklik edib. Əvvəllər sadəcə yüksək texniki peşə səviyyəsi üzrə təhsil alanlar tələbə kreditindən faydalana bilirdilər.
Məqsəd təhsilin hamı, xüsusilə də əhalinin aztəminatlı təbəqələrindən olan şəxslər üçün əlçatanlığının təmin edilməsi, təhsildə bərabər imkanların yaradılması və təhsilin əhatə dairəsinin genişləndirilməsidır. Bu növ kredit dövlət dəstəyi ilə çox kiçik faizlərlə və uzun müddətə verilir. 20 mindən çox tələbə təhsil kreditindən faydalanıb.
Qeyd edək ki, Təhsil Tələbə Krediti Fonduna notarial qaydada təsdiqlənmiş ərizə ilə elektron müraciət edərək kreditdən yararlanmaq mümkündür. (Xezerxeber.az)