Azərbaycanda qanuni fəaliyyət göstərən hər bir universitetin diplomu xarici ölkələrdə tanınır.
FED.az xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə heyətinin sədri Eldar Orucov bildirib.
Eləcə də bax: Bu xarici universitetlərin diplomları Azərbaycanda tanınmır - SİYAHI
E.Orucov qeyd edib ki, qanuni fəaliyyət dedikdə ilk növbədə həmin universitetin lisenziyası olmalıdır:
"Bundan başqa tələbənin oxuduğu dövr üçün ali təhsil müəssisəsinin akkreditasiyası olmalıdır və Azərbaycanda fəaliyyət göstərən hər bir universitetin akkredasiyası mövcuddur". (Trend)