Bakı Asiya Universiteti (VÖEN: 1400128781) ləğv olunduğunu elan edir.
FED.az xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini AZ 1148 Bakı şəhəri, Yasamal rayonu, Akademik Zahid Xəlilov küçəsi, ev 33 ünvanına bildirə bilərlər.
Qeyd edək ki, bu universitet 4 mart 1995-ci ildə dövlət qeydiyyatına alınıb və 372 min 687 manat nizamnamə kapitalına malikdir. Qanuni təmsilçisi Cəlil Nağıyev Qəribovdur.