Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan xaricə 276,8 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib.
FED.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın son sayında bildirir.
Məlumata görə, bu, ötən ilin 10 ayı ilə müqayisədə 113,4 milyon ABŞ dolları və ya 69,4% çoxdur.
Ötən ilin yanvar-oktyabr aylarında Azərbaycan 163,4 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib.
Təkcə oktyabr ayında 38,9 milyon dollarlıq qızıl ixrac olunub ki, bu da illik 9,2 milyon dollar (19,1%) azdır.
Ötən ilin oktyabr ayında Azərbaycandan xarici ölkələrə 48,1 milyon ABŞ dolları dəyərində qızıl ixrac edilib.










