Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan xaricə 160,4 milyon ABŞ dolları dəyərində pambıq mahlıcı ixrac edib.
FED.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın son sayında bildirir.
Məlumata görə, bu, ötən ilin 10 ayı ilə müqayisədə 19,1 milyon ABŞ dolları və ya 13,5% çoxdur.
Ötən ilin yanvar-oktyabr aylarında Azərbaycan 141,3 milyon ABŞ dolları dəyərində pambıq mahlıcı ixrac edib.










