Bakıda xaricdən idxal edilən dondurulmuş toyuq ətinə tələb artıb.
Ukraynadan Azərbaycana gətirilən 5 tona yaxın toyuq məhsulunda uyğunsuzluq aşkarlanıb
Belə məhsulların satışı ilə məşğul olan sahibkarların sözlərinə görə, qiymətin yerli toyuq ətinə nisbətdə ucuz olması, alıcıların bu məhsula marağını daha da artırır.
FED.az xəbər verir ki, hazırda həm quş əti satışı məntəqələrində, həm də marketlərdə Belarusla yanaşı, Ukraynadan idxal edilən toyuq əti satılır. 1 ədədi isə 5 manatdır.
Sahibkarların sözlərinə görə, əsas alıcıları isə restoranlardır.
Qida Təhlükəsizliyi Agentliyindən bildirildi ki, qurum prosesə nəzarət edir. Toyuq məhsulları yoxlanılır və aktlaşdırılır. Həmin məhsulların uzərində gətirildiyi ölkə ilə bağlı məlumatlar qeyd olunur. Agentlik alıcılara saxlama şəraitinə diqqət yetirmələrini tövsiyə edib. Bildirilib ki, məhslunun mənşəyi ilə bağlı şübhə yaranarsa, satıcıdan idxal aktını tələb edə bilərlər.















