“Araz" market, "OBA“ market, "Rahat” market, “Bravo”, “Bazar store”, “Al market”, “Grandmart”, “Bolmart”, “Megastore”, “Bizim market”, “Spar”, “Rossman” və “Neptun" market ticarət şəbəkələrinin birgə qərarı ilə Araz İmanov Ticarət Şəbəkələrinin İnkişafı İctimai Birliyinin Baş Katibi vəzifəsinə təyin olunmuşdur.
FED.az xəbər verir ki, uzun illər diplomatik fəaliyyətlə məşğul olmuş A. İmanovun Birliyin strateji və operativ istiqamətlər üzrə fəaliyyətinin genişlənməsində, ticarət sektorunun dayanıqlı inkişafında, qanunvericilik təşəbbüsləri və dövlət qurumları ilə effektiv əməkdaşlığın gücləndirilməsində töhfə verəcəyi gözlənilir.
Təşkilat kənd təsərrüfatının inkişafı, ərzaq təhlükəsizliyi və ədalətli icarə mexanizmləri kimi önəmli istiqamətlərdə təşəbbüslər irəli sürəcək, şəffaflıq və ictimai maraqların üstünlüyü prinsiplərinə əsaslanacaq.