Starbucks çərşənbə günü bildirib ki, 2025-ci maliyyə ilində (30 sentyabrda başa çatan dövrdə) illik çatdırılma satışlarının məbləği 1 milyard dollar həddini keçib.
«Starbucks»ın bahalı lattesi artıq dəbdə deyil, rəqabətə dözmür - YÜZLƏRLƏ RESTORANI BAĞLANACAQ
FED.az xəbər verir ki, şirkətin məlumatına görə, maliyyə ilinin dördüncü rübündə çatdırılma satışları ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 30% artıb.
Starbucks-ın çatdırılma xidmətindəki artım şirkətin ABŞ biznesindəki ümumi bərpa mərhələsi ilə üst-üstə düşür.
Starbucks təxminən on il əvvəl çatdırılma xidmətini sınaqdan keçirməyə başlamışdı, lakin digər restoran şəbəkələri ilə müqayisədə bu prosesi daha yavaş həyata keçirib. 2020-ci ildə Uber Eats, 2023-cü ildə DoorDash, keçən il isə Grubhub vasitəsilə çatdırılma xidməti ABŞ üzrə tam miqyasda istifadəyə verilib. Hazırda şirkətin ABŞ-da fəaliyyət göstərən filiallarının böyük əksəriyyəti çatdırılma təklif edir.
ABŞ istehlakçıları qəhvə çatdırılmasına Çin kimi bazarlardan daha yavaş uyğunlaşıb. Starbucks-ın öz vətən bazarında "drive-thru" (avtomobilinizdən düşmədən xidmət ala bildiyiniz bir sistem) və mobil sifariş imkanları təqdim edir.
Ümumilikdə restoran xərcləmələri artan qiymətlər fonunda azalsa da, yemək çatdırılması satışlarında ciddi geriləmə müşahidə olunmayıb. Endirimlər və kampaniylar, eləcə də alkoqol və ərzaq çatdırılması kimi yeni kateqoriyalara genişlənmə, üçüncü tərəf tətbiqləri (Uber Eats, DoorDash və s.) müştəriləri saxlamağa kömək edib. (Marja)













