Bu ilin ilk 11 ayında Azərbaycandan 57,1 milyon dollar həcmində 79,8 min ton şəkər ixrac edilib.
FED.az Dövlət Gömük Komitəsinə istinadən xəbər verir ki, şəkər ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 19,6 milyon dollar və ya 52,3%, miqdar ifadəsilə isə 30,5 min ton, başqa sözlə 61,8% çoxdur.
Qeyd edək ki, 2024-cü ilin yanvar-noyabr ayları ərzində Azərbaycandan 37,5 milyon dollar dəyərində 49,3 min ton şəkər ixrac olunmuşdu.
Bu ilin ilk 11 ayının nəticələrinə görə Azərbaycanın ixrac etdiyi şəkərin 1 kiloqramının orta ixrac qiyməti 1 manat 22 qəpik təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 1 manat 29 qəpik idi. Bu da illik müqayisədə 7 qəpik və ya 5,4% ucuzlaşma deməkdir.
Bu il 11 ayında ümumi ixracın 0,24%-i, qeyri-neft sektoru üzrə ixracın isə 1,72%-i şəkərin payına düşüb. Ötən ilin eyni dövründə isə müvafiq göstəricilər 0,15% və 1,21% olmuşdu.











