Nəzarət tədbirləri çərçivəsində "Besting" MMC-nin Rusiyadan idxal etdiyi “Orsk Süd Məhsulları” şirkətinin istehsalı olan 1593 kiloqram qatılaşdırılmış süd məhsulundan Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən götürülmüş nümunələrin müayinəsi nəticəsində tərkibində istifadəsinə icazə verilməyən qida əlavəsi (benzoy turşusu) aşkarlanıb.
Rusiyadan gətirilən balıqda, İrandan gətirilən ərik qurusunda bakteriyalar aşkarlanıb - SİYAHI
Bu barədə FED.az-a AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Bildirilib ki, faktla bağlı qanunvericiliyə uyğun müvafiq qərar qəbul olunaraq, məhsul partiyası məhv edilib.