2025-ci ildə Azərbaycan xaricə 192,5 milyon ABŞ dolları dəyərində tomat (pomidor) ixrac edib.
FED.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın son sayında bildirir.
Məlumata görə, bu, 2024-cü illə müqayisədə 17,1 milyon ABŞ dolları və ya 9,7% çoxdur.
2024-cü ildə Azərbaycan 175,4 milyon ABŞ dolları dəyərində pomidor ixrac edib.
Təkcə dekabr ayında 17,1 milyon dollarlıq pomidor ixrac olunub ki, bu da illik 3 milyon dollar (14,9%) azdır.
Xatırladaq ki, 2024-cü ilin dekabr ayında Azərbaycandan xarici ölkələrə 20,1 milyon ABŞ dolları dəyərində pomidor ixrac edilib.











