İdxal olunan mal piyi partiyasında uyğunsuzluq aşkarlanıb.
Bitki yağı nehrə yağı kimi satılırmış - ÜSTÜ AÇILIB
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bildirilib ki, nəzarət tədbirləri çərçivəsində “Gourmeat” MMC-nin Rusiyadan idxal etdiyi “Bryansk Meat Company” şirkətinin istehsalı olan 21000 kq “Miratorq” əmtəə nişanlı mal piyindən Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən götürülmüş nümunələrin müayinəsi nəticəsində məhsul partiyasında donuz DNT-si aşkarlanıb.
Faktla bağlı məhsul partiyası barədə qanunvericiliyə uyğun müvafiq qərar qəbul edilib.