Bu ilin yanvar-noyabr aylarında Azərbaycan xaricə 149,8 milyon ABŞ dolları dəyərində meşə fındığı ixrac edib.
FED.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın son sayında bildirir.
Məlumata görə, bu, ötən ilin 11 ayı ilə müqayisədə 35,9 milyon ABŞ dolları və ya 31,5% çoxdur.
Ötən ilin yanvar-noyabr aylarında Azərbaycan 113,9 milyon ABŞ dolları dəyərində meşə fındığı ixrac edib.
Təkcə noyabr ayında 26,2 milyon dollarlıq meşə fındığı ixrac olunub ki, bu da illik 7,3 milyon dollar (38,6%) çoxdur.
Ötən ilin noyabr ayında Azərbaycandan xarici ölkələrə 18,9 milyon ABŞ dolları dəyərində meşə fındığı ixrac edilib.











