Bu ilin yanvar-noyabr aylarında Azərbaycan xaricə 163,4 milyon ABŞ dolları dəyərində karbamid ixrac edib.
FED.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın son sayında bildirir.
Məlumata görə, bu, ötən ilin 11 ayı ilə müqayisədə 50,6 milyon ABŞ dolları və ya 44,9% çoxdur.
Ötən ilin yanvar-noyabr aylarında Azərbaycan 112,8 milyon ABŞ dolları dəyərində karbamid ixrac edib.
Təkcə noyabr ayında 10,4 milyon dollarlıq karbamid ixrac olunub ki, bu da illik 4,3 milyon dollar (29,3%) azdır.
Ötən ilin noyabr ayında Azərbaycandan xarici ölkələrə 14,7 milyon ABŞ dolları dəyərində karbamid ixrac edilib.












