Bu ilin ilk 10 ayında Azərbaycandan 20,5 milyon dollar həcmində 21,4 min ton nar ixrac edilib.
Dövlət Gömrük Komitəsinə istinadən verilən məlumata görə, nar ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 4,1 milyon dollar və ya 25%, miqdar ifadəsilə isə 2,8 min ton, başqa sözlə 15,1% çoxdur.
Qeyd edək ki, 2024-cü ilin yanvar-oktyabr ayları ərzində Azərbaycandan 16,4 milyon dollar dəyərində 18,6 min ton nar ixrac olunmuşdu.
Bu ilin ilk 10 ayının nəticələrinə görə Azərbaycanın ixrac etdiyi narın 1 kiloqramının orta ixrac qiyməti 1 manat 63 qəpik təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 1 manat 50 qəpik idi. Bu da illik müqayisədə 13 qəpik və ya 8,7% bahalaşma deməkdir.
Bu il 10 ayında ümumi ixracın 0,09%-i, qeyri-neft sektoru üzrə ixracın isə 0,69%-i narın payına düşüb. Ötən ilin eyni dövründə isə ümumi ixracdakı payı 0,07% olub.













