Bu ilin ilk 10 ayında Azərbaycandan 7 milyard 418 milyon dollar həcmində 20 milyard 649 milyon kubmetr təbii qaz ixrac edilib.
FED.az Dövlət Gömürük Komitəsinə istinadən xəbər verir ki, təbii qaz ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 569,3 milyon dollar və ya 8,3% çoxdur, miqdar ifadəsilə isə 690 milyon kubmetr, başqa sözlə 3,2% azalıb.
Qeyd edək ki, 2024-cü ilin yanvar-oktyabr ayları ərzində Azərbaycandan 6 milyard 849 milyon dollar dəyərində 21 milyard 339 milyon kubmetr təbii qaz ixrac olunmuşdu.
Bu ilin ilk 10 ayının nəticələrinə görə Azərbaycanın ixrac etdiyi təbii qazın hər 1000 kubmetrinin orta ixrac qiyməti 611 manat təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 546 manat idi. Bu da illik müqayisə ilə 65 manat və ya 11,9% bahalaşma deməkdir.
Bu il 10 ayında ümumi ixracın 34,28%-ı təbii qazın payına düşüb. Ötən ilin eyni dövründə isə bu göstərici 30,11% olub.












