Bu ilin ilk 10 ayında Azərbaycandan 124,5 milyon dollar həcmində 15,4 min ton meşə fındığı ixrac edilib.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, fındıq ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 28,1 milyon dollar və ya 29,1% artıb, miqdar ifadəsilə isə cəmi 15 ton, başqa sözlə 0,1% çoxdur.
Qeyd edək ki, 2024-cü ilin yanvar-oktyabr ayları ərzində Azərbaycandan 96,4 milyon dollar dəyərində 15,4 min ton fındıq ixrac olunmuşdu.
Bu ilin ilk 10 ayının nəticələrinə görə Azərbaycanın ixrac etdiyi fındığın 1 kiloqramının orta ixrac qiyməti 13 manat 71 qəpik təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 10 manat 63 qəpik idi. Bu da illik müqayisədə 3 manat 8 qəpik və ya 29% bahalaşma deməkdir.
Bu il 10 ayında ümumi ixracın 0,58%-i, qeyri-neft sektoru üzrə ixracın isə 4,17%-i fındığın payına düşüb. Ötən ilin eyni dövründə isə ümumi ixracdakı payı 0,42% olmuşdu.













