Bu ilin ilk 2 ayında Azərbaycana 57 milyon 896 min dollar dəyərində 257 min 269 ton buğda idxal edilib.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, buğda idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 17 milyon 399 min dollar və ya 42,9%, miqdar ifadəsilə isə 69 min 699 ton, başqa sözlə 37,1% çoxdur.
Qeyd edək ki, 2025-ci ilin ilk 2 ayında ölkəyə 40 milyon 497 min dollar dəyərində 187 min 570 ton buğda idxal edilmişdi.
Bu il ilk 2 ayda ümumi idxalın 2,23%-i buğdanın payına düşüb. Ötən ilin eyni dövründə isə bu göstərici 0,98% idi.
Buğdanın 1 kiloqramının orta idxal qiyməti bu il 0,22 dollar (0,37 manat) təşkil edib. 2025-ci ilin eyni dövründə isə bu qiymət 0,21 dollar (0,36 manat) idi. Bu da illik müqayisədə 0,01 dollar (0,01 manat) və ya 4,8% bahalaşma deməkdir.












