2024-cü ilin yanvar-may aylarında Azərbaycandan Almaniyaya 5 milyon 309 min dollar dəyərində 700 ton meşə fındığı ixrac edilib.
FED.az Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara istinadən xəbər verir ki, ixrac göstərciləri məbləğ ifadəsi ilə 5 milyon 208 min dollar (49,5%), miqdar ifadəsi ilə 1 195 ton (2,7 dəfə) azalıb.
2023-cü ilin yanvar-may aylarında Almaniyaya 10 milyon 517 min ABŞ dolları dəyərində 1 895 ton meşə fındığı ixrac edilmişdi.
Beləliklə Almaniyaya satılan meşə fındığının kq-nın orta ixrac qiyməti 2024-cü ilin yanvar-may aylarında 12,90 manat təşkil edib. Bu da illik müqayisə ilə 3,46 manat (36,7%) çoxdur.
Ötən ilin müvafiq dövründə isə bu göstərici 9,44 manat idi.