2025-ci ilin yanvar-aprel aylarında Azərbaycandan dəyəri 72 milyon 340 min dollar həcmində 46 min 182 ton pambıqixrac edilib.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, pambıq ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 15 milyon 437 min dollar və ya 17,6%, miqdar ifadəsində isə 8 min 855 ton, başqa sözlə, 16,1% azalıb.
Xatırladaq ki, 2024-cü ilin yanvar-aprel aylarında isə Azərbaycandan 87 milyon 777 min dollar dəyərində 55 min 37 ton pambıq ixrac edilmişdi.
Qeyd edək bu ilin 4 ayının yekunlarına görə ixrac edilən pambığın 1 kiloqramının orta ixrac dəyəri 2,66 manat olub. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 2,71 manat idi. Bu da illik müqayisədə 5 qəpik və ya 1,8% ucuzlaşma deməkdir.