2025-ci ilin yanvar-aprel aylarında Azərbaycandan dəyəri 7 milyon 114 min dollar həcmində 2 min 923 ton pambıq iplik ixrac edilib.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, pambıq ipliyi ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 361 min dollar və ya 5,3%, miqdar ifadəsində isə 319 ton, başqa sözlə, 12,3% artıb.
Xatırladaq ki, 2024-cü ilin yanvar-aprel aylarında isə Azərbaycandan 6 milyon 753 min dollar dəyərində 2 min 604 ton pambıq ipliyi ixrac edilmişdi.
Qeyd edək bu ilin 4 ayının yekunlarına görə ixrac edilən pambıq ipliyin 1 kiloqramının orta ixrac dəyəri 4,14 manat olub. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 4,41 manat idi. Bu da illik müqayisədə 28 qəpik və ya 6,2% ucuzlaşma deməkdir.
Bu il ümumi ixracının 0,08%-i, qeyri-neft sektoru üzrə ixracın isə təxminən 0,67%-i pambıq lifinin payına düşüb.