Bu ilin yanvar-may aylarında Azərbaycanda 246,3 min dekalitr (dkl) üzüm şərabı istehsal edilib.
Azərbaycanda istehsal olunan çayın 8%-i ixrac edilib – İSTEHSAL AZALIB, İXRAC ARTIB, QİYMƏT UCUZLAŞIB
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, üzüm şərabının istehsalı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 2,1 min dekalitr və ya 0,9% artıb. Belə ki, ötən ilin müvafiq dövründə ölkədə 244,2 min dekalitr üzüm şərabı istehsal edilmişdi.
Bu ilin iyun ayının birinə sənaye müəssisələrinin anbarlarında qalan hazır üzüm şərabının miqdarı 616,7 min dekalitr olub. Anbarlarda olan məhsul bu il istehsal edilən məhsuldan 370,4 min dekalitr və ya 2,5 dəfə çoxdur.















