Bu ilin ilk 11 ayında Azərbaycandan 31,4 milyon dollar həcmində 32,1 min ton nar ixrac edilib.
FED.az Dövlət Gömük Komitəsinə istinadən xəbər verir ki, nar ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 5,6 milyon dollar və ya 21,8%, miqdar ifadəsilə isə 2,7 min ton, başqa sözlə 9,2% çoxdur.
Qeyd edək ki, 2024-cü ilin yanvar-noyabr ayları ərzində Azərbaycandan 25,8 milyon dollar dəyərində 29,4 min ton nar ixrac olunmuşdu.
Bu ilin ilk 11 ayının nəticələrinə görə Azərbaycanın ixrac etdiyi narın 1 kiloqramının orta ixrac qiyməti 1 manat 66 qəpik təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 1 manat 49 qəpik idi. Bu da illik müqayisədə 17 qəpik və ya 11,4% bahalaşma deməkdir.
Bu il 11 ayında ümumi ixracın 0,13%-i, qeyri-neft sektoru üzrə ixracın isə 0,95%-i narın payına düşüb. Ötən ilin eyni dövründə isə müvafiq göstəricilər 0,11% və 0,83% olmuşdu.











