Bu ilin ilk 8 ayında Azərbaycana 63,2 milyon dollar həcmində 28 min 184 ton ət idxal edilib.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ət idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 15,7 milyon dollar və ya 19,8%, miqdar ifadəsilə isə 7 min 342 ton, başqa sözlə 20,7% azalıb.
Qeyd edək ki, 2024-cü ilin yanvar-avqust ayları ərzində Azərbaycandan 78,9 milyon dollar dəyərində 35 min 527 ton ət idxal olunmuşdu.
Bu ilin ilk 8 ayının nəticələrinə görə Azərbaycanın idxal etdiyi ətin 1 kiloqramının orta idxal qiyməti 3 manat 81 qəpik təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 3 manat 78 qəpik idi. Bu da illik müqayisə ilə cüzi bahalaşma deməkdir.
Bu il 8 ayında ümumi idxalın 0,42%-ı ətin payına düşüb. Ötən ilin eyni dövründə isə bu göstərici 0,62% olub.