Bu ilin ilk 8 ayında Azərbaycandan 67,4 milyon dollar həcmində 292 min 310 ton metanol ixrac edilib.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, metanol ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 2,4 milyon dollar və ya 3,7% çoxdur, miqdar ifadəsilə isə 29 min 952 ton, başqa sözlə 9,3% azalıb.
Qeyd edək ki, 2024-cü ilin yanvar-avqust ayları ərzində Azərbaycandan 65 milyon dollar dəyərində 322 min 262 ton metanol ixrac olunmuşdu.
Bu ilin ilk 8 ayının nəticələrinə görə Azərbaycanın ixrac etdiyi metanolun 1 kiloqramının orta ixrac qiyməti 39 qəpik təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 34 qəpik idi. Bu da illik müqayisədə 5 qəpik və ya 14,7% bahalaşma deməkdir.