Bu ilin ilk 10 ayında Azərbaycandan 175,4 milyon dollar həcmində 62,1 min ton alüminium və ondan hazırlanan məmulatlar ixrac edilib.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, alüminium ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 6,4 milyon dollar və ya 3,8% artıb, lakin miqdar ifadəsilə 810 ton, başqa sözlə 1,3% azalıb.
Qeyd edək ki, 2024-cü ilin yanvar-oktyabr ayları ərzində Azərbaycandan 169 milyon dollar dəyərində 62,9 min ton alüminium ixrac olunmuşdu.
Bu ilin ilk 10 ayının nəticələrinə görə Azərbaycanın ixrac etdiyi alüminiumun 1 kiloqramının orta ixrac qiyməti 4 manat 80 qəpik təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 4 manat 57 qəpik idi. Bu da illik müqayisədə 23 qəpik və ya 5% bahalaşma deməkdir.
Bu il 10 ayında ümumi ixracın 0,81%-i, qeyri-neft sektoru üzrə ixracın isə 5,87%-i alüminiumun payına düşüb. Ötən ilin eyni dövründə isə müvafiq göstəricilər 0,74% və 6,02% olmuşdu.











