Bu ilin ilk 10 ayında Azərbaycandan 125,6 milyon dollar həcmində 113,9 min ton ilkin formalı polietilen ixrac edilib.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, polietilen ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 3,9 milyon dollar və ya 3,2%, miqdar ifadəsilə isə 5,6 min ton, başqa sözlə 5,2% çoxdur.
Qeyd edək ki, 2024-cü ilin yanvar-oktyabr ayları ərzində Azərbaycandan 121,6 milyon dollar dəyərində 108,4 min ton polietilen ixrac olunmuşdu.
Bu ilin ilk 10 ayının nəticələrinə görə Azərbaycanın ixrac etdiyi polietilenin 1 kiloqramının orta ixrac qiyməti 1 manat 87 qəpik təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 1 manat 91 qəpik idi. Bu da illik müqayisədə 4 qəpik və ya 2,1% ucuzlaşma deməkdir.
Bu il 10 ayında ümumi ixracın 0,58%-i, qeyri-neft sektoru üzrə ixracın isə 4,20%-i polietilenin payına düşüb. Ötən ilin eyni dövründə isə müvafiq göstəricilər 0,53% və 4,33% olmuşdu.











