2025-ci ilin yanvar-may aylarında Azərbaycandan 32 milyon 344 min dollar dəyərində 46 min 596 ton alma ixrac olunub.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, alma ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 10 milyon 93 min dollar və ya 45,4%, miqdar ifadəsilə isə 13 min 229 ton, başqa sözlə 39,6% artıb.
2024-cü ildə isə Azərbaycandan 22 milyon 251 min dollar dəyərində 33 min 367 ton alma ixrac olunmuşdu.
Bu dövrdə Azərbaycanın ixrac etdiyi almanın 1 kiloqramının orta ixrac qiyməti 1 manat 18 qəpik olub. Xatırladaq ki, 2024-cü ilin eyni dövründə bu rəqəm 1 manat 13 qəpik idi. Bu da illik müqayisədə 5 qəpik və ya 4,4% artım deməkdir.
Bu il ümumi ixracın 0,29%-i, qeyri-neft sektoru üzrə ixracın isə təxminən 2,30%-i almanın payına düşüb.