2025-ci ilin yanvar-may aylarında Azərbaycandan 32 milyon 946 min dollar dəyərində 45 min 835 ton xurma ixrac olunub.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, xurma ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 5 milyon 165 min dollar və ya 18,6%, miqdar ifadəsilə isə 10 min 472 ton, başqa sözlə 29,6% artıb.
2024-cü ildə isə Azərbaycandan 27 milyon 781 min dollar dəyərində 35 min 363 ton xurma ixrac olunmuşdu.
Bu dövrdə Azərbaycanın ixrac etdiyi xurmanın 1 kiloqramının orta ixrac qiyməti 1 manat 22 qəpik olub. Xatırladaq ki, 2024-cü ilin eyni dövründə bu rəqəm 1 manat 34 qəpik idi. Bu da illik müqayisədə 12 qəpik və ya 9% azalma deməkdir.
Bu il ümumi ixracın 0,30%-i, qeyri-neft sektoru üzrə ixracın isə təxminən 2,34%-i xurmanın payına düşüb.