2020-ci ilin yanvar-iyul aylarında dövlət büdcəsinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 15,1 faiz artaraq 12075,9 milyon manata, xərcləri isə 7,1 faiz artaraq 11730,8 milyon manata çatıb.
Eləcə də bax: Dövlət büdcəsində - KƏSR YARANIB
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, büdcənin icrasında yaranmış 345,1 milyon manatlıq profisit ümumi daxili məhsulun 1,0 faizinə bərabər olub.
Daxilolmaların 20,75 faizi əlavə dəyər vergisi, 12,42 faizi hüquqi şəxslərin mənfəət (gəlir) vergisi, 4,67 faizi xarici iqtisadi fəaliyyətlə bağlı vergilər, 4,65 faizi fiziki şəxslərin gəlir vergisi, 3,48 faizi aksizlər, 1,39 faizi sadələşdirilmiş vergi, 1,85 faizi vergilərin digər növləri, 50,79 faizi isə vergi olmayan gəlirlər hesabına təmin edilib.
Büdcə vəsaitlərinin 18,33 faizi təhsil və səhiyyənin, 17,06 faizi iqtisadi fəaliyyətin, 15,11 faizi ümumi dövlət xidmətlərinin, 14,33 faizi sosial müdafiə və sosial təminatın, 12,42 faizi müdafiə və milli təhlükəsizliyin, 22,75 faizi isə digər sahələrin maliyyələşdirilməsinə xərclənıb.
© Azərtac