2023-cü ilin yanvar-mart aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə topdansatış ticarət dövriyyəsi faktiki qiymətlərlə 11,7 faiz artaraq 6 milyard 696,2 milyon manata bərabər olub.
Azərbaycanda orta aylıq əmək haqqı - 900 MANATI KEÇDİ
Dövlət Statistika Komitəsindən FED.az-a bildirilib ki, dövriyyənin 32,4 faizi ərzaq məhsullarının, 10,7 faizi içkilər və tütün məmulatlarının, 16,1 faizi bərk və maye yanacaqların, 5,1 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 2,8 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 1,9 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 1,7 faizi elektrik malları və mebellərin, 29,3 faizi isə digər qeyri-ərzaq mallarının topdan satışı sayəsində formalaşıb.
2023-cü ilin yanvar-mart aylarında pərakəndə ticarət dövriyyəsinin 57,8 faizi Bakı şəhərinin (2022-ci ilin eyni dövrü ilə müqayisədə real ifadədə 4,0 faiz çox), 5,0 faizi Mərkəzi Aran iqtisadi rayonunun (0,9 faiz az), 4,8 faizi Abşeron-Xızı iqtisadi rayonunun (5,7 faiz çox), 4,6 faizi Lənkəran-Astara iqtisadi rayonunun (5,0 faiz çox), 4,3 faizi Gəncə-Daşkəsən iqtisadi rayonunun (0,9 faiz çox), 3,6 faizi Qazax-Tovuz iqtisadi rayonunun (2,9 faiz çox), hər biri 3,5 faiz olmaqla Şəki-Zaqatala (0,5 faiz çox) və Şirvan-Salyan (0,5 faiz çox) iqtisadi rayonlarının, 3,3 faizi Quba-Xaçmaz iqtisadi rayonunun (0,6 faiz çox), 2,7 faizi Naxçıvan Muxtar Respublikasının (2,2 faiz çox), 2,6 faizi Mil-Muğan iqtisadi rayonunun (2,8 faiz çox), 2,5 faizi Qarabağ iqtisadi rayonunun (2,6 faiz çox), 1,8 faizi isə Dağlıq Şirvan iqtisadi rayonunun (1,0 faiz az) təsərrüfat subyektlərinin ticarət fəaliyyəti sayəsində yaranıb.